Ağstafada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanlar var

Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən gecə 19.00 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində Tovuz rayon sakini Elgün Verdiyevin idarə etdiyi "VAZ-2107" markalı və Şəki şəhər sakini İmran Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşub.

 

Nəticədə xəsarət alan E.Verdiyev və sərnişini, Qazax rayon sakini Elviz Qurbanov habelə İ.Məmmədovun sərnişinləri, Qazax rayon sakinləri Asya Nəsibova və onun qardaşı Elşad xəstəxanaya yerləşdiriliblər.

 

Göstərilən tibbi müdaxiləyə baxmayaraq Elgün Verdiyev orada ölüb. E.Qurbanova Elşada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, A.Nəsibovanın vəziyyəti isə orta-ağırdır. Faktla bağlı Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə