Salyan rayonunda üç sənədsiz ov tüfəngi könüllü olaraq polisə təhvil verilib. SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, aparılan profilaktiki tədbirlər nəticəsində Salyan rayonunun Arbatan kənd sakini Qəribxan Sultanov, Şorsulu kənd sakinləri Ramil Ələsgərov və Bayram Qasımov 3 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfənglərini könüllü olaraq rayon polis şöbəsinə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB