Tovuzda 76 yaşlı qadın inək sağarkən ayağını sındırıb

Tovuzda 76 yaşlı qadın inək sağarkən ayağını sındırıb

Tovuz rayonunda yaşlı qadın yıxılaraq xəsarət alıb.Trend-in məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini, 1942-ci il təvəllüdlü Məmmədova Ərkinaz Rəsul qızı həyətlərində inək sağarkən müvazinətini itirərək yıxılıb. Hadisə nəticəsində qadının sağ ayağı bud hissədən sınıb. Ə.Məmmədova Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə