Gəncədə yanğın zamanı tüstüdən zəhərlənənlər var

Gəncədə yanğın zamanı tüstüdən zəhərlənənlər var

Gəncə şəhərinin Üzeyr Hacıbəyov küçəsində binada yanğın baş verib. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, 5-ci mərtəbədə baş verən yanğın nəticəsində 12 kv.m, yəni 1 otağına ziyan dəyib. Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlmata görə alovun söndürülməsinə 5 maşın cəlb edilib. Yanğın zamanı tüstüdən zəhərlənən sakinlərə tibbi yardım göstərilib. Yanğının nədən baş verdiyi bilinmir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə