Dəmir yolu stansiyasından 25 ton rels oğurlanıb

Dəmir yolu stansiyasından 25 ton rels oğurlanıb

Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton rels oğurlanıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton relsi oğurlayıb apararkən İmişli rayon sakini Elvin Abbasov və Neftçala rayon sakini Bəhruz Zeynalov saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə