Buzovnada avtomobil piyadanı vuraraq öldürüb

Buzovnada avtomobil piyadanı vuraraq öldürüb

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən SİA-ya verilən məlumata görə, avqustun 5-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Yolçu Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Leyla Fərzəliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə