Qusarda yol qəzası olub

Qusarda yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Avqustun 2-də saat 8 radələrində Qusar rayonunun Xuray kəndi ərazisində kənd sakini Novruz Babayev idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib. Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə