Gəncədə yanan mənzildə 2 azyaşlı xilas edilib

Gəncədə yanan mənzildə 2 azyaşlı xilas edilib

Gəncənin Kəpəz rayonunda ümumi sahəsi 82 kv/m olan 4 otaqlı mənzilin bir otağında 3 kv/m sahədə döşəmə və 1 ədəd kompüter yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, yanğın zamanı 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə