Sərnişin qatarı qəzaya uğradı

Misirin cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 5 nəfər xəsarət alıb. SİA-nın yerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, Qahirə-Asuan istiqamətində qatarların hərəkəti dayandırılıb.

Yaralılar dərhal Аsuandakı xəstəxanaya yerləşdiriblər. Xilasedicilər hadisə yerində işlərini davam etdirir. Misirin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, hadisə nəticəsində ölən yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə