Sumqayıt şəhərində avtomobillə 61 yaşlı qadını vuran sürücü hadisə yerindən qaçıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində baş verib. Belə ki, Sumqayıt şəhər sakini 1957-ci il təvəllüdlü Orucova Mömünə Ağacan qızı 6-cı mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Sürücü hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB