Lənkəranda bədbəxt hadisə baş verib

Lənkəranda bədbəxt hadisə baş verib

Lənkəran rayonunda bədbəxt hadisə baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, noyabrın 29-da rayonun Şovu kənd sakini, 39 yaşlı Vahabov Qaraş Seyran oğlu meşə zolağında ağac kəsərkən ağac onun üstünə düşüb. Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Rayon Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin eksperti Rafiq Qasımovun sözlərinə görə, Q,Vahabovun ölümünə səbəb açıq kəllə-beyin travması, baş beynin əzilməsi olub.

R. Qasımov əlavə edib ki, bu rayonda sayca 3-cü analoji hadisədir.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə