Lənkəranda mənzildən oğurluq edən şəxslər tutulub

Lənkəranda mənzildən oğurluq edən şəxslər tutulub

Lənkəranda oğurluq hadisəsinin üstü açılıb. Lənkəran Şəhər Polis Şöbəsi İstintaq bölməsinin rəisi Polad Mehdiyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, Lənkəran şəhər Hənifə Abdullayev küçəsi, 15 saylı evdə yaşayan Gülarə Kərimovanın 4-cü mərtəbədə yerləşən evinə balkondan girməklə daxil olaraq ona məxsus ünvanlı sosial müavinət kartını oğurlayan şəxslər saxlanılıb. Saxlanılanlar 21 yaşlı Denis Aleksey oğlu Sürikov və 15 yaşlı Fərid Fəxrəddin oğlu Muxtarvovdur. Onlar öz qonşları Gülarə Kərimovanın evinə pəncərədən girməklə evdən sosial təminat kartını oğurlayıblar.

Həmin gün kartı aparıb bankomatdan 500 manat pul çıxartmaqla həmin məbləğin 400 manatına hər biri 200 manat dəyərində telefon almış, 100 manatını isə öz aralarında bölüblər.

Qeyd edək ki, Denis Sürikov Lənkərandakı Qarşıq Tiplu Uşaq evinin yetirməsi olub, Fərid isə hal-hazırda orada tərbiyə alır və 9-cu sinif şagirdidir. Sosial müavinət kartı oğurlanan zərərçəkmiş Gülarə Kərimova bu hadisədən səhəri gün xəbərdar olub.

Faktla bağlı artıq rayon polis şöbəsində Cinayət Məcəlləsinın 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə