Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 208-ci kilometrliyində, Gərmətük kəndi ərazisində qeydə alınıb.
Rayonun Səpnəkəran kənd sakini, 25 yaşlı Teymurov Əkbər Nizam oğlunun idarə etdiyi "VAZ 2107" markalı 42 BC 816 dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gərmətük kənd sakini, 26 yaşlı İsmayılov Sərxan Qabil oğlunun idarə etdiyi "Qazel" markalı 10 ON 274 dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla toqquşaraq suötürücü kanala düşüb.
Nəticədə "VAZ -2107" markalı avtomaşında olan sərnişin 25 yaşlı Həmidov Cavid Valeh oğlu başından aldığı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun sözlərinə görə, hadisəyə səbəb "VAZ 2107" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB