Tayvanda seçkiqabağı qan tökülüb

Tayvanda seçkiqabağı qan tökülüb

Tayvanda həftə sonu keçiriləcək bələdiyyə seçkiləri qana bulaşıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin keçmiş vitse-prezidenti Lien Çanın oğlu Lien Şenq Ven seçkiqabağı silahlı hücuma məruz qalıb. Mitinq zamanı baş verən hücumda bir nəfər də dünyasını dəyişib.

Bələdiyyə məclisi üzvlüyünə namizədin adından çıxış edərkən yaralanan Lienin yarasının ağır olmadığı bildirilir.

Hücumda bələdiyyə məclisi üzvlüyünə namizədin hədəfə alındığı, bir qruplaşmaya üzv olduğu bilinən cinayətkarın isə həbs edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə