Gəncədə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 100 m² olan uşaq bağçasının (hazırda fəaliyyət göstərmir) yerləşdiyi birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB