Yevlaxda zəlzələ olub

Azərbaycanda zəlzələ baş verib. SİA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 04:54-də Mingəçevirdən 24 km cənubda Yevlax ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3,3, dərinliyi 31 km olub. Zəlzələ hiss olunmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə