Paytaxtın Nizami rayonunda güclü yanğın hadisəsi baş verib. SIA xəbər verir ki, hadisə Əli Vəliyev küçəsində bir-birinə bitişik yerləşən bir neçə şirniyyat sexində qeydə alınıb.
Əvvəlcə bir sexdə başlayan yanğın sonradan digərlərini də əhatə edib. Hadisə zamanı obyektlərdə heç kim olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB