Tovuz rayonun İbrahimhacılı kəndində təcili tibbi yardım stansiyasının işçiləri döyülüb. Belə ki, təcili tibbi yardım maşını Qovlar şəhərindən çağırışa çıxıb. Onlar çatana kimi xəstə keçinib. SİA-nın bölgə müxbiri xəbər verir ki, xəstənin yaxınları həkim Eldar Abdiyevi, feldşer Cəmalə Qurbanovanı və sürücü Ələkbərovu döyüblər. Hər 3 şəxs müxtəlif bədən xəsarəti alıb. Təcili tibbi yardım maşının şüşələri sındırılıb.
Araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB