Göyçayda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib. Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Bığır kəndində olub. Kənd sakinlərinin sözlərinə görə, 30 hektardan çox biçilməmiş taxıl sahəsi, 20 hektardan çox nar bağı yanıb. Yanğın daglıq ərazidə kol-koslaradan keçib. Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayılı və Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Bir neçə saat davam edən yanğınsöndürmə əmliyyatından sonra onu tam söndürmək mümkün olub. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB