Gecə saatlarında İsmayıllı rayonu ərazində güclü leysan olub. Yaranan sel və külək təsərrüfatlara ciddi ziyan vurub. Çobanlar mal-qaranı çaydan keçirərkən selə düşüblər. Nəticədə heyvanlar və 4 çoban səhərə qədər çayın ortasında çarəsiz qalıblar.
Ötən gecə İsmayıllıya yağan güclü yagış fəsadlara səbəb olub. Gecə saat 1 radələrində Girdiman çayında güclü sel yaranıb. Bu vaxtlarda çayın o tayından bu tayına mal qaranı keçirmək istəyən çobanlar selə yaxalanıb. Nəticədə 400-dən çox iri və xırdabuynuzlu heyvanın bir qismi çayı keçsə də qalan hissəsi, 4 çoban və yük maşını çayın ortasında çıxılmaz vəziyyətdə qalıblar.
Əraziyə texnikalar cəlb olunub, heyvanlar və çobanlar xilas edilib.
Bundan əlavə külək bir sıra sosial obyektlərin dam örtüyünə, meyvə ağaclarına ziyan vurub. Rayon daxilində elektrik xətləri kəsilib. Damları uçan evlərin daxilinə yağıs suları dolub.
Gecə saatlarında bir neçə kəndin elektrik enerjisinin verilişi dayanıb. Sel 7 kəndi birləşdirən qaz xəttinin Ax-Ox çayından keçən hissəsinı qırıb, qaz təchizatı dayanıb. Gecə saatlarında İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasi və rayon Polis idarəsinin əməkdaşları ərazilərə baxış keçiriblər. Elektrik və qaz verilişi bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB