Şəmkirdə 39 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib

Şəmkirdə 39 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib

Hadisə Mahmudlu kəndində baş verib. Belə ki, Şəmkir rayon Polis İdarəsinin əməkdaşları 11 Noyabr tarixdə 1961-cı il təvəllüdlü Məmmədova Gülçiçək Kamil qızının cansız cəsədini yaşadıği evdə aşkar ediblər.

Aparılan ekspertiza zamanı məlum olub ki, qadın xüsusi amansızlıqla öldürülüb. Onun baş nahiyəsinə zərbələr endirildikdən sonra ətrafa səpələnən sınmış şüşə qırıntıları ilə boğaz hissəsi kəsilib.

Rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Gülçiçək Məmmədova 20 ilə yaxındır ki Mahmudlu kəndində tək yaşayır. Qətlin tamah məqsədi ilə baş vermədiyi isə artıq dəqiqdir. Çünki mənzildən hec nə götürülməyib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə