Bu gün saat 15-00 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospektində 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Quliyev Fərid İslam oğluna məxsus "Hunday –Eleantra" markalı 20 KL 335 dövlət nömrə nişanlı avtomobillə əks istiqamətdə hərəkət edən Əsgərov Tural Rauf oğluna məxsus "Nisan Sanny" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində "Nissan Sanny" markalı avtomobilin sürəti yüksək olduğundan sürücü idarəetməni itirib və yol kənarındakı "VAZ 2107" həmçinin "VAZ 2101" markalı avtomobillərə dəyib.
Bildirək ki, qəza zamanı hər 4 avtomobilə ziyan dəyib.
Hadisə nəticəsində "Nissan Sanny" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlər onun səhhətini normal qiymətləndirir.
Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, ilkin ehtimallara əsasən hadisəyə səbəb avtomobillərin sürət həddini aşması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB