Masallıda yanğın 3 ölü

Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb. DİN-dən SİA-ya verilən məlumata görə, yanıq xəsarəti almış K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Qeyd edək ki, mayın 8-də saat 2 radələrində Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan Kamran Əzimovun ümumi sahəsi 120 kv.m olan 2 mərtəbəli evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanmış meyitləri tapılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə