Ağdaşda oğurluq edən Kürdəmir sakini tutulub

Ağdaşda oğurluq edən Kürdəmir sakini tutulub

Ağdaş rayonu Ləki qəsəbə sakini Nuru Sadıqov aprelin 25-də Ağdaş rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 1000 manat, 5500 rus rublu, həmçinin 300 manat dəyərində qızıl üzüyün oğurlandığını bildirib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosunun xəbərinə görə, müraciət əsasında Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Nəsirov saxlanılıb.

Onun dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf etdiyi bildirilir. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə