Polis parkda tapılan şəxsin yaxınlarını axtarır

Polis parkda tapılan şəxsin yaxınlarını axtarır

Bu gün Səbail rayonu ərazisindəki M.F.Axundov adına parkda bir nəfərin köməksiz vəziyyətdə olması barədə vətəndaşlar polisə məlumat veriblər. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, həmin şəxs polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilib. Danışığı qüsurlu olduğu və heç nəyi xatırlamadığı üçün o, özü və yaxınları haqqında məlumat verə bilməyib.

Polis Bölməsində ona ilkin tibbi yardım göstərlib və F.Əfəndiyev adına 2 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 437-02-02 (Səbail RPİ) və 492-02-02 (9-cu PB) nömrələrinə zəng vurmaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə