FHN: “Teleqüllənin yaxınlığında külli miqdarda partlamamış döyüş sursatları aşkarlanıb”
Bakı şəhəri, Səbail rayonunda teleqüllənin yaxınlığında partlamamış döyüş sursatlarının aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. FHN-dən SİA-ya verilən xəbərə görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların 125 mm çap altı mərmilərinin olduğu müəyyən edilib.
Xilasedicilər tərəfindən hadisə yerinə toplaşmış insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması və ərazinin mühafizəsini təmin etmək məqsədilə mühafizə postlarının yaradılması, həmçinin, qeyd olunan ərazinin çəpərlənməsi təmin edilib. Bununla da aidiyyəti qurumların mütəxəssislərinin fəaliyyəti üçün müvafiq şərait yaradılıb.
Hal-hazırda ərazidə 14 nəfərlik xüsusi əməliyyat qrupu aidiyyəti orqanlarla birlikdə işləyir. Oradakı döyüş sursatlarından bəzilərinin döyüş başlığı üzərindədir. Onların içərisində müxtəlif çaplı döyüş sursatı, eyni zamanda helekopterlərdən atılan NURS tipli raketlər də var.
Bu barədə isə ANAMA-dan SİA-ya məlumat verilib.
Belə ki, həmin sursatların bəzilərinin ANAMA-nın poliqonunda, bəzilərinin isə yerində partladılaraq məhv ediləcəyini bildirib. Qeyd edək ki, hazırda həmin sursatların əraziyə kim tərəfindən atılması barədə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB