Dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb FOTOLAR

Dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb FOTOLAR

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir. SİA-nın verdiyi məlumata görə, 26 aprel 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunmuş və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbay­can Res­pub­li­­kasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəl­lüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı San­thı­rakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheesku­mar, 1994-cü il təvəllüdlü Gu­nasl­gar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə