Bakıda məhbus ölümü baş verib

Bakıda məhbus ölümü baş verib. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1959-cu il təvəllüdlü Qəmərxanım Bəbir qızı Bayramova xəstəlikdən ölüb.

Qeyd edək ki, Q. Bayramova 2016-cı ildə İrandan Azərbaycana cinsiyyət orqanında narkotik keçirərkən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə