Astarada ağır yol yol qəzası baş verib

Astarada ağır yol yol qəzası baş verib

Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.Bu barədə məlumatı SİA-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsindən (RPŞ) veriblər. Belə ki, noyabrın 8-də saat 15.30 radələrində Ələt-Astara magistralının 226-cı kilometrliyində - Astara rayonunun Maşxan kəndi ərazisində baş verən qəzada 1 nəfər ölüb,bir nəfər isə ağır xəsarət alıb. Astara rayonunun Telman kənd sakini, 1971-ci il təvəllüdlü Elxan Qasım oğlu Həsənovun idarə etdiyi "MMZ-4502" ("ZİL-130") markalı, 42 BA 391 dövlət nömrə nişanlı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü İlkin Ağaxan oğlu Hüseynovun idarə etdiyi "VAZ-217230" markalı, 07 BD 681 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "VAZ-217230" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1974-cü il təvəllüdlü İlham Ələkbər oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. İ.Quliyevin vəziyyətinin orta-ağır olduğu bildirilib.

Avtoqəzaya səbəb "VAZ-217230" markalı avtomobilin sürət həddini aşması göstərilir.

Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə