Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olmuş Mişi Miqirov saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.
Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.
Qeyd edək ki, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB