Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın məlumatına görə, nəticədə biri yüngül olmaqla, iki nəfər xəsarət alıb.

Onlar Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Şirinsu qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Seymur Cavad oğlu Müslümzadənin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə