18 yaşlı gənci maşın vurdu

Gəncə şəhərində Yevlax rayon sakini 2000-ci il təvəllüdlü Əlizadə Rəhman Zaur oğlunu maşın vurub. SİA-nın bölgə müxbiri xəbər verir ki, o yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil onu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Gəncin vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə