Ağstafa sakinini bıçaqlayan şəxs saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gün rayonun Poylu kəndində 1993-cü il təvəllüdlü Elton Rzayevi bıçaqlayan şəxsin kimliyi məlum olub.
Cinayəti törədən şəxs Poylu kənd sakini, 1994-cü il təvəllüdlü Elçin Musayevdir. E. Rzayevlə E. Musayev arasındakı mübahisənin 5 AZN borc pul üstündə yarandığı bildirilir. Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB