Mingəçevirdə 24 yaşlı qızı velosiped vurub

Mingəçevirdə 24 yaşlı qızı velosiped vurub

Mingəçevir şəhərində 24 yaşlı qızı velosiped vurub. ”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyevprospektində piyada keçidində baş verib. Belə ki, yolu keçmək istəyən 1994-cü il təvəllüdlü şəhər sakini Elnarə Elxan qızı Abdullayevanı velosiped vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb olan velosipedçi hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə