Mingəçevirdə “Mercedes” üç nəfəri vurub

Mingəçevirdə “Mercedes” üç nəfəri vurub

Mingəçevir şəhərində üç nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən axşam Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, bazarın qarşısında olub.

“Mercedes” markalı minik avtomobili yolu keçən 3 qadını-1978-ci il təvəllüdlü Qaraşova Yeganə Ədalət qızı, 1948-ci il təvəllüdlü Qaradilova Tamara Akif qızı və 1958-ci il təvəllüdlü Məmmədova Fəridə Məmmədəli qızını vurub. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə