Lənkəran şəhərinin mərkəzində yerləşən maşın təmiri sexində oğurluq hadisəsi baş verib. Bu barədə məlumatı SİA-nın cənub bürosuna rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyev bildirib. Onun sözlərinə görə, gecə saat 02.00 radələrində Lənkəran şəhərinin mərkəzində yerləşən, sahibkar Fərid Hüseynova məxsus maşın təmiri sexində oğurluq hadisəsi olub.
Oğurluq hadisəsini həmin küçədə, ev 157, mənzil 47-də yaşayan 46 yaşlı Lənkəran şəhər sakini Əlövsət Həsənov törədib. Ə. Həsənov təmir üçün saxlanılan maşınların maqintafonlarını, aksesuarlarını, maşındakı televizioru və təmir alətlərini qabaqcadan gətirdiyi çantaya qablaşdırıb aradan çıxmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.
Qeyd edək ki, faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB