Xaçmaz rayonunda yol qəzası olub.
SİA Fövqəladə Hallar Nazirliyinin saytına istiandən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Maşıoba kəndi ərazisində “AzSamand“ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri avtomobildə olan 3 nəfərə müvafiq köməklik göstəriblər.
Əməliyyat başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB