Şəki sakinində narkotik vasitə aşkarlanıb

Şəki sakinində narkotik vasitə aşkarlanıb

Şəki sakinində narkotik vasitə aşkarlanıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA verilən məlumata görə, martın 27-də Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş Şəki şəhər sakini Rizvan Sadıqov şəhər ərazisində saxlanılıb və şübhəli şəxs kimi Polis Şöbəsinə gətirilıb. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbanın içərisində çəkisi 497 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə