Neftçalada bədbəxt hadisə olub, 1 nəfər ölüb

Neftçalada bədbəxt hadisə olub, 1 nəfər ölüb

Neftçalada tikintidə bədbəxt hadisə baş verib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb. Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə