Ağdamda yol qəzası baş verib ölən var

Ağdamda yol qəzası baş verib ölən var

Ağdam rayonunun Eyvazlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən SİA-ya verilən məlumata görə, martın 27-də saat 20 radələrində Ağdam rayonunun Eyvazlı kəndində Xındırıstan qəsəbə sakini Ramil Mirzəyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili qarşıda gedən Quzanlı qəsəbə sakini Ceyhun Məhərrəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə vurub.

Nəticədə R.Mirzəyev hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə