Xaçmazda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xuray kəndində baş verib. Kənd sakini 2002-ci il təvəllüdlü Süleymanov Nasir Mahir oğlu bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır. Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB