Şabranda mağazadan mobil telefon oğurlamaqda şübhəli bilinən azyaşlı saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, martın 24-də Şabran şəhər sakini Elşən Paşayev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus Grand mağazasından ümumi dəyəri 1200 manat olan 5 ədəd mobil telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir nəfər azyaşlı saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdikləri cinayəti etiraf edərək oğurladığı mobil telefonları müxtəlif şəxslərə satdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB