Lənkəranda yol qəzası olub, iki nəfər xəsarət alıb

Lənkəranda yol qəzası olub, iki nəfər xəsarət alıb

Dünən Lənkəran rayonunda baş verən qəzada iki nəfər xəsarət alıb. APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Girdəni kəndində körpü üzərində "QAZ 31" markalı minik maşınının sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirməyib və avtomobili eyni istiqamətdə hərəkətdə olan "Prado" markalı minik maşınına vurub. Nəticədə "QAZ 31" markalı avtomobildə olan 1971-ci il təvəllüdlü Girdəni kənd sakini Şöhrət Paşa oğlu Qurbanov və Havzava kənd sakini 1964-cü il təvəllüdlü Lalə Mirzağa qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə