Qəbiristanlıqdakı cəsədlər ac ayıların yeminə çevrilib

Qəbiristanlıqdakı cəsədlər ac ayıların yeminə çevrilib

Rusiyanın şimalındakı bir kəndin qəbiristanlığında ölüləri yeməyə başlayan ayılar əhali arasında çaxnaşmaya səbəb olub. SİA-nın məlumatına görə, hadisə qütb bölgəsinə yaxın olan Komi Respublikasında baş verib.

 

Kəndin qəbiristanlığına gedən iki qadın gördükləri mənzərə qarşısında mat qalıb. Faktla bağlı polisə məlumat verilib. Polis qəbiristanlıqlarda lazımı tədbirlərin görüləcəyini bildirib. Ayıların ac olduğuna görə, qəbiristanlığa hücum etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə