2 nəfər dərmandan zəhərlənib

Şəmkir və Gəncədə iki nəfər dərmandan zəhərlənib. SİA-nın məlumatına görə, Şəmkir rayon Təzəkənd kənd sakini 1994-cü il təvəllüdlü Mustafayeva Pərvanə dərmandan zəhərlənərək xəstəxanaya çatdırılıb. P. Mustafayevaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Gəncə sakini 1996-cı il təvəllüdlü Əliyeva Şəhanə də dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. On tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hər iki fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə