Qobustandakı yol qəzası iki nəfərin ölümünə səbəb olub

Qobustandakı yol qəzası iki nəfərin ölümünə səbəb olub

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 28-də saat 07.00 radələrində Qobustan rayonu ərazisində Nərimanabad kənd sakini İman Baxışovun idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini İlqar Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

 

Nəticədə İ.Baxışov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, xəsarət alan sərnişinlər həmkəndlisi Rəşad Musayev, habelə İ.Əhmədov və sərnişinləri, qızı Əfsanə və arvadı Xəyalə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq İlqar Əhmədovun qızı Əfsanə xəstəxanada dünyasını dəyişib.

 

Hazırda DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə