Sumqayıtda dönərxana yanıb

Dünən Sumqayıt şəhərində ümumi sahəsi 20 m2 olan taxtadan ibarət dönərxananın yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan xəbərə görə, yaxınlıqdakı tikililər və avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə