Paytaxt sakinlərindən odlu silah götürülüb

Paytaxt sakinlərindən odlu silah götürülüb

Bakıda əvvəllər məhkum olunmuş şəxslərdən silahlar aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan bir ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd patron darağı və beş ədəd patron götürülüb.

Bundan başqa, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patron götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə