Afrində 2434 terrorçu zərərsizləşdirilib

Afrində 2434 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 2434 terrorçu zərərsizləşdirilib. SİA-nın verdiyi məlumata görə, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 139 üzvü məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Əməliyyat müddətində Afrində azad edilmiş yaşayış məntəqələrinin sayı 118-ə çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə