Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə Lənkəran-Boradigah magistralının 5-ci kilometrliyində qeydə alınıb.
Lənkəran rayonunun Veravul kənd sakini, 1986-cı il təvəllüdlü Mənsimov Qismət Şəmsəddin oğlu idarə etdiyi "VAZ-2103" markalı, 42 BS 056 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, Lənkəran rayonunun Girdəni kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Şəhriyar Ayətağa oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB